İmam Məhəmməd Baqir (ə) atası İmam Səccaddan (ə) “Ölüm nədir?” deyə soruşulduğunu və onun belə buyurduğunu nəql edir:
"(Ölüm) Mömin üçün çirkin, bit-birəli paltarlarını bədənindən çıxarmaq, ağır zəncir və halqaları çıxardaraq onları ən qiymətli, xoş ətirli paltarlarla, ən rahat yol gedən miniklərə və ən əmin-aman mənzillə dəyişməkdir. Kafir üçünsə, bədənindən qiymətli paltarı qoparıb atmaq, təhlükəsiz mənzillərdən köçmək və onları ən çirkin, ən cod paltarlarla, ən qorxunc mənzillər və ən böyük əzabla əvəz etməkdir".
[Şeyx Səduq, Məanil-əxbar, səh. 289]