Pakistanda Aşura mərasimi zamanı partlayış törədilib.
İslam.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, onlarla insan yaralanıb.
İlkin məlumata görə, partlayışı Darra İsmayılxan şəhərində terrorçu-kamikadze törədib. Hələ Aşura ərəfəsində elə bu şəhərdə digər bir partlayış zamanı ən azı 7 nəfər həlak olmuşdu.
Ölkə hakimiyyəti isə təhlükəsizlik tədbirləri görür. Bu məqsədlə hətta ölkənin bir sıra regionlarında mobil rabitə 2 günlük kəsilmişdi.