İran xarici işlər nazirliyinin rəsmisi Ramin Mehmanpərəst Türkiyənin NATO-dan Patriot raketləri tələb etməsinin Suriyadakı problemlərin həllinə fayda verməyəcəyini bildirib.
İran rəsmi televiziyasının xəbərinə görə Mehmanpərəst, Türkiyənin ciddi döyüşlərin getdiyi Suriyadan qaynaqlanan təhlükəyə qarşı NATO-dan Patriot raketləri tələb etməsini şərh edərkən, «bu məsələ Suriyadakı problemi həll etməyə yardım etməyəcək, əksinə problemin daha da dərinləşməsi və çıxılmaz hala gəlməsinə səbəb ola bilir», fikrini işlədib.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Mehmanpərəstin fikrincə, bütün ölkələr Suriyadakı problemlərin siyasi həll yollarını fikirləşməlidirlər.