HƏMAS təşkilatının siyasi lideri Xalid Məşal Türkiyə hökumətinə və xalqına təşəkkür edib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, o,İsraili “məğlub tərəf" kimi xarakterizə edib: "Son döyüşlər də daxil olmaqla Türkiyə hər zaman yanımızda oldu. Bizə dəstək verən Türkiyə xalqına təşəkkür edirik. Biz İsrailə qarşı zəfər qazandıq. Bunu Misir, Türkiyə və Qətər kimi ölkələrin dəstəyi ilə həyata keçirdik. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm".
Onun sözlərinə görə, Qəzzə üçün keçirilən görüşlər İslam ümmətinin həmrəyliyinin bir göstəricisi idi. Hörmətli Baş nazir Ərdoğan Qəzzəyə edilən hücumların dayandırılması üçün böyük səy göstərdi. Xüsusilə ABŞ ilə danışıqlar aparması çox vacib idi. İsraillilər atəşkəs üçün Türkiyəni iki kanaldan axtararaq bu istiqamətdə səy göstərməsini istəyib. Türkiyə və Misirin göstərdiyi səylər nəticə verdi. Biz son saata qədər türk rəsmiləri ilə əlaqə saxladıq. Misir, Türkiyə və Qətər üçlüyü çox iş gördü. Netanyahu həm döyüşü, həm də seçkiləri qazanacağını düşünürdü, amma döyüşdə uduzdu. Müharibədə Allahın köməyi ilə Fələstin qalib gəldi”.
İslam ölkələrinin dəstəyi ilə bu yaxınlarda İsrailin mühasirəsinə də son qoyulacağını deyən HƏMAS lideri daxili uzlaşma üçün həlledici danışıqların başlayacağını vurğulayıb: ''Qəzzə qalib gəlsə, Türkiyə də, Ərəb ölkələri də, İslam ölkələri də qalib gələr. İslam və Ərəb ölkələrinin dəstəyinin davam etməsini istəyirik”.