Avropa İttifaqının Ali komissarı Ketrin Eşton İsraillə Qəzzə zolağı arasında sülh elan edilməsini alqışlayır.
İslam.az-ın verdiyi xəbərə görə, Avropa Şurasının sədri Herman van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu sülhün əldə olunmasında göstəridiyi səylərə görə Misir Prezidenti Məhəmməd Mürsiyə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, sülh dünən saat 21.00-dan etibarən qüvvəyə minib. Həmin vaxt İsrailin müdafiə ordusu Qəzzə zolağında hərbi əməliyyatları dayandırmaq əmri alıb.