Roma Papası XVI Benedikt Qafqaz ölkələri katolik yepiskoplarını "ailə və insan həyatı dəyərlərini ötən əsrdə kommunist hakimiyyəti illərində ictimaiyyətə sırınan əqidəyə qarşı" qorumağa çağırıb. İTAR-TASS agentliyinin məlumatına görə, bu fikirləri Roma Papası Vatikanda Azərbaycan, Ermənistan və Gürcüstanın katolik din xadimləri ilə görüşündə səsləndirib.
Azərbaycanı bu səfərdə katolik kilsəsinin rəhbəri Yan Çapla təmsil edib. " Sovet İttifaqının süqutundan sonra bu ölkələrin sakinləri inkişaf yolunda əhəmiyyətli ictimai dəyişikliklərin şahidi olublar, amma hələ də böyük çətinliklər keçirirlər: burada çox sayda yoxsul, müharibələrin öz doğma yurd-yuvalarından uzaq saldığı məcburi köçkünlər var", - deyə Papa qeyd edib.