İsrail ordusu Qəzza bölgəsində döyüş əməliyyatlarını dayandırıb.
İslam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, bu addım ölkənin siyasi rəhbərliyinin Fələstin hökuməti ilə bir həftəlik atəşkəs barədə razılığı əsasında atılıb.
“Hazırda Qəzzada ordu heç bir fəaliyyət göstərmir. Əməliyyatlar saat 21.00-dan (Bakı vaxtı ilə ötən gün saat 23.00) etibarən dayandırılıb”, - İsrail ordusunun nümayəndəsi deyib. Bununla belə, o iddia edib ki, atəşkəs qüvvəyə mindikdən sonra Fələstin ərazisindən bir neçə raket atılıb: “Belə şeylər var. Lakin biz cavab vermirik”.
Qeyd edək ki, İsrail ordusu Qəzza bölgəsində əməliyyatlara noyabrın 14-dən başlayıb. Əməliyyat zamanı yüzlərlə hədəfə zərbə endirilib, quru əməliyyatlarına da hazırlıq aparılıb.