İran parlamentinin sədri Əli Laricani ərəb ölkələrini Fələstinə hərbi yardım etməyə çağırıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, Əli Laricani deyib: “Yardımımızın madii və hərbi aspektli olması bizim üçün qürurvericidir. Oturub, görüşər keçirən ərəb ölkələri anlamalıdılar ki, Fələstin xalqı söz və görüşlərə ehtiyac duymur. Əgər ərəb ölkələri Fələstinə yardım etmək istəyirlərsə, bu yardım hərbi xarakterli olmalıdır”.