POPULYARXƏBƏRLƏR

Elçin Əsgərov: "Hansısa dini məktəbin Azərbaycana daha yaxın olduğunu demək düzgün deyil"

1news.az-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elçin Əsgərovla eksklyuziv müsahibəsi

- Komitə ölkə dükanlarında satılan dini ədəbiyyata nəzarətə nə dərəcədə önəm verir?

- Dövlət dini ədəbiyyatın yoxlanılmasına ciddi yanaşır. Bu, istər Azəbaycana xaricdən gətirilən kitablar olsun, istərsə burada nəşr olunan. Bu kitablar mütləq müvafiq ekspertizadan keçirilməlidir ki, onlarda milli və ya dini ekstremizmə, dinlərarası qarşıdurmaya, habelə milli maraqlara, dünyəvilik prinsipinə və xalqımızın mənəvi dəyərlərinə uyğun olmayan ideyalara çağırışların olub olmadığı aşkar olunsun. Bu cür ədəbiyyatın Azərbaycana gətirilməsinə və ölkədə nəşr olunmasına icazə vermirik.

Beynəlxalq təşkilatlar dəfələrlə məsələ qaldırmağa çalışıblar ki, bu cür tədbirlər dəyişdirilməlidir. Lakin biz ilk növbədə dövlətin və millətin maraqları mövqeyindən çıxış edirik.


- Bəs senzuranın yalnız dini ədəbiyyata qoyulmasının səbəbi nədir? Çünki əgər belə götürsək, "zərərli fikir və ideyalar" siyasi, fəlsəfi mövzularda dünya şöhrətli müəlliflər tərəfindən yazılmış və hamı tərəfindən qəbul edilən bir çox kitablarda da vardır.

- Komitə ona əsaslanır ki, Azərbaycan gənc müstəqil dövlətdir və burada ideoloci normativlər və milli-dini dəyərlərin təbliğat mexanizmi tam formalaşmayıb. Bütün bunlar bizi ehtiyatlı və diqqətli davranmağa vadar edir, çünki dini kitablar xüsusilə gənclərin şüurlarına güclü təsir göstərir.


- Bəs onda niyə görə Azərbaycanda bizim cəmiyyətə uyğunlaşdırılmış dərsliklərin, kitabların, populyar nəşrlərin hazırlanması məsələsinə böyük diqqət ayırılmır? Axı bizdə güclü alimlər vardır. Məsələn, dünya şöhrətli ilahiyyatçı Elmir Quliyev təkcə İslam və mənəviyyat haqqında kitablar yazmır, həm də Rusiya və Qazaxıstanın müvafiq orqanlarının sifarişi ilə metodiki dərs ləvazimatları hazırlayıb və bu nəşrlər həmin ölkələrin orta və ali tədris müəssisələrində istifadə olunmaq üçün bəyənilib. Niyə görə öz yüksək səviyyəli mütəxəssilərimizi Azərbaycanda oxşar işə cəlb etməyək?

- Bu sual artıq dəfələrlə Azərbaycan cəmiyyətində və KİV-də qaldırılıb və hökumət səviyyəsində orta və ali məktəblərdə dinin əsaslarının tədris olunması imkanları gözdən keçirilib, amma sonradan bu məsələyə olan maraq nədənsə azalıb. Mənim fikrim belədir ki, bu, olduqca aktual məsələdir və inanıram ki, gələcəkdə dinin tədrisi və dini-mənəvi sahədə səviyyəli kitabların yazılması məsələsi Azərbaycanda müsbət həll olunacaqdır. Düzgün dini məlmutların verilməsi gənc nəslin və cəmiyyətin yad təsirlərdən qorunmasının ən etibarlı yoludur. Mən tərəfdarıyam ki, konkret hansısa bir formada gənclər məktəbdə dini maarifləndirmənin əsasları haqqında məlumat alsınlar, mənəviyyat, dinlər tarixi və İslam haqqında xəbərdar olsunlar ki, onlarda din haqqında düzgün rəy formalaşsın. "Arzuolunmaz şərhlərdən" qaçmaq, dini maarifləndirmə "haqqını" xaricdən gələn emissarların və ya onların vaxtilə ölkəyə daxil ola bilmiş ideyalarına verməmək üçün, bu işə alimləri, ekspertləri, pedaqoqları, metodistləri cəlb etməklə dövlət özü məşğul olmalıdır.

Bizdə də çoxdan orta və ali məktəblərin müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş çox yaxşı kitablar yazılıb. Bu kitabların yazılmasında Vasim Məmmədəliyev və s. kimi aparıcı mütəxəssilər və alimlər iştirak ediblər. Qeyd etmək mənim üçün xoşdur ki, mən hələ 1998-ci və 2002-ci illərdə İslamın əsasları üzrə iki dərsliyin müəllifi olmmuşam.


- Dünyanın müxtəlif ölkələrinin İslam universitetlərində dini təhsil almış gənc kadrların sayının artması bizim cəmiyyətin dini dünyagörüşünün formalaşmasına nə cür təsir göstərir?

- SSRİ-nin dağılması ilə Azərbaycanda dini-mənəvi maarifləndirməyə böyük tələbat yarandı və dini təhsil almaq üçün 1990-1992-ci illərdə gənclər dünya üzrə aparıcı İslam elmi mərkəzlərinə üz tutmağa başladılar, çünki həmin dövrdə bu sahə üzrə ixtisaslaşmış kadrlarımız kifayət qədər deyildi. 1997-1998-ci illərdə dünyanın müxtəlif ölkələrinin islam mərkəzlərində təhsil almış ilk mütəxəssilər Azərbaycana qayıtmağa başladılar və bu gün məscid imamlarının, müəllimlərin, İslam alimlərinin çoxu həmin cərəyanın nümayəndələridir. Onların qayıtması ilk dövrlərdə cəmiyyətdə bir sıra problemlər yaratdı, çünki İslamın onların təhsil aldıqları ölkələrin və təhsil müəssisələrinin ideologiyasına uyğun interpretasiyası gedirdi. Xaricdən gətirilən müxtəlif ideoloci cərəyanların və dünyagörüşlərinin cəmiyyətimizdə yayma cəhdləri hiss olunurdu. Lakin bütün bunlara baxmayaraq, sonralar hər şey qaydasına düşdü və dövlətin dini-etiqad haqlarına riyayət etməklə problemə balanslaşdırılmış və ardıcıl yaxınlaşması burada böyük rol oynadı.


- Dünyada üç əsas müasir milli-dini məktəb mövcuddur: türk, fars və ərəb. Bu məktəblər də özlüyündə müxtəlif cərəyanlara bölünürlər. Sizin fikrinizcə, onlardan hansı Azərbaycan üçün daha məqsədəuyğundur?

- Hansısa dini məktəbi seçib onun Azərbaycana daha yaxın olduğunu söyləməyi düzgün saymıram, burada birmənalı seçim etmək mümkün deyil. Mən 90-cı illərin ortalarındakı situasiyanı əbəs yerə misal çəkmədim. O zaman cəmiyyət xarcdə dini təhsil almış bəzi vətəndaşlar tərəfindən gətirilən müxtəlif ideyalara sərt reaksiya vermişdi. Bu gün o həyəcanlı proses arxada qalıb və bizim cəmiyyət yad ideyaların əksəriyyətinin mahiyyətini anlayıb və başa düşüb ki, dünyanın İslam xəzinəsindən hansı yararı əldə etmək mümkündür. Bu gün milli adət-ənənələrimizin və vətəndaşlarımızın dini-mənəvi baxışlarının formalaşması məsələsində şəxsi dünyagörüşünün möhkəmləndirilməsi prosesi gedir.

Düzdür, hələ bir sıra problemlər var, lakin onlar da milli-mənəvi elitamızın, öz dini məktəblərimizin tam formalaşdırılması və sovet dövründə milli adət-ənənələrimizin itirilmiş hissələrinin bərpasından sonra tam aradan qalxacaq. Azərbaycanda öz ölkəsinin milli maraqları mövqeyindən çıxış edən dini-mənəvi məktəb nümayəndələri formalaşır. Amma hələ ki din, cəmiyyət və dövlətin birgəyaşayışının harmonik modelinin formalaşdırılması prosesi gedir.


- Cəmiyyətimizdə Azərbaycançılıq və İslam ideyalarının harmonik birgəyaşayışını necə görürsünüz?

- Mən, ümumiyyətlə, İslamın Azərbaycan modeli termininin işlədilməsinin əleyhinəyəm. Çünki İslam özü böyük ruhani məktəbdir və onu məhdud dövlət ideologiyasının çərçivəsinə salmaq olmaz. Amma biz görürük ki, bəzi dövlətlərdə, məsələn, qonşu müsəlman ölkələrində bu cür modellər yaratmağa cəhdlər olub. Amma nəticədə belə alınır ki, İslam ideyalarından qatı şəkildə hansısa dövlətin və ya rəhbər idarəçilərin maraqlarına uyğun şəkildə istifadə olunur. Təbii ki, İran, Türkiyə və ya ərəb ölkələrindən çıxan dini təsirlər də şəxsi milli motiv və maraqlar kəsb edir; bu ölkələrin kitabları və təbliğçilərinin şəxsi təmayülləri olur və bu, prinsipcə, normal və təbiidir. Bizim üçün onların təsiri artıq geridə qalmış etapdır və biz bu gün, milli maraqların müdafiəsi məsələsi ortaya çıxdığı halda, sakit şəkildə oturmamışıq. Gələcəkdə inanclı insanlarla dövlət arasında elə bir qarşılıqlı anlaşma və etibar yaradılmalıdır ki, yad neqativ faktorların Azərbaycan cəmiyyətinə əhəmiyyətli təsirinə imkan verilməsin.


- Yaxın vaxtlarda Mədinə İslam universitetinin və digər İslam elmi mərkəzlərinin 400-ə yaxın məzunu Azərbaycana qayıdacaq və onlar öz dəyərli dini-mənəvi təcrübələri ilə yanaşı çoxlu yeni və qeyri-adekvat düşüncə və ideyalar da gətirəcəklər. Gənclərimizin təhsil almaq üçün hansı ölkələrin islam mərkəzlərinə və universitetlərinə getmələrini məsləhət görərdiniz? Komitənin bu məsələ ilə bağlı hansısa seleksiya prinsipi formalaşıbmı?

- Düşünürəm ki, məsələ tələbələrin dini təhsil almaq üçün haraya göndərilməsində deyil, kimin göndərilməsindədir. Mənim fikrimcə, xaricə yalnız o gəncləri göndərmək lazımdır ki, artıq Vətəndə ibtidai dini təhsil alıb, məsuliyyət hiss edir və ən başlıcası, vətənpərvər, öz ölkəsini və mədəniyyətini sevəndir. Milli özünüdərk məsələsi təkcə xarici islam elm mərkəzlərinə deyil, ümumiyyətlə istənilən təhsili almaq üçün başqa ölkələrə göndərilərkən də nəzərə alınmalıdır.


Rizvan Hüseynov



Yerləşdirilib:25 Aprel, 2008  16:19, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com