İmam Səccad (ə) buyurub: "Övladın haqqı odur ki, biləsən səndən vücuda gəlmişdir və onun bu dünyada yaxşı və pis işlərini sənə aid edirlər.
Ona yaxşı ədəb öyrətməli, aləmləri yaradan Rəbbimizi tanıtdırmalı və Allaha itaətdə ona kömək etməlisən. Yəqin bil ki, əgər öz övladına yaxşılıq etsən savabına yetişəcək və pislik etsən cəzasını görəcəksən".