Təl-Əvivdə ABŞ səfirliyinə hücum olub. İsrail polisi Təl-Əvivdə ABŞ səfirliyinin mühafizəçisinə hücum edən şəxsi həbs edib.
İslam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanlarından bildirilib ki, hücum edən şəxsin əlində bıçaq və balta olub. O, mühafizəçini öldürmək istəyib. Hücum nəticəsində yaralanan mühafizəsi müdafiə məqsədilə bir neçə atəş açıb.
Hazırda hücum edən şəxsin kimliyi və hadisənin səbəbi araşdırılır.