POPULYARXƏBƏRLƏR

İƏT XİN Şurası Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb

Cibutidə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) 39-cu sessiyası keçirilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DE-İKGF) İstanbulda yerləşən baş qərargahından verilən məlumata görə, Forumun fəaliyyətləri ilə bağlı Forum tərəfindən təqdim edilmiş qətnamə layihəsi İƏT XİNŞ tərəfindən sözügedən sessiya zamanı qəbul edilib və bununla İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

İslam.az-ın verdiyi xəbərə görə, DE-İKGF nümayəndə heyətinin başçısı kimi sessiyanın işində iştirak üçün Cibutiyə ezam edilən Elməddin Mehdiyev bildirib ki, Forum tərəfindən təqdim edilən qətnamə layihəsində Forumun fəaliyyətləri arasında DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ "üzv ölkələri və İƏT qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək göstərməyə və bu soyqırım aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi tanınması üçün səy göstərməyə" çağırıb.

Xatırladaq ki, "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 2008-ci ilin may ayında DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb və bu müddət ərzində qarşısına məqsəd qoyduğu Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi və mənəvi qiymət verilməsi ilə bağlı ciddi nailiyyətlər əldə edib.

E. Mehdiyev həmçinin bildirib ki, sessiya DƏ-İKGF tərəfindən həyata keçirilən "Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman" beynəlxalq mükafat layihəsini alqışlayıb və üzv dövlətləri bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırıb. Sözügedən mükafat layihəsinə 2011-ci ilin noyabr ayında Bakıda DƏ-İKGF və Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsisedici konfransı zamanı start verilib və 2013-cü ildə Bakıda ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərarlaşdırılıb.

Bundan başqa, qəbul olunmuş qətnaməyə əsasən İƏT XİNŞ Forumun təşəbbüsünə cavab olaraq, Foruma üzv təşkilatların, o cümlədən Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının uğurlarına və pozitiv təcrübəsinə əsaslanaraq gənclərin fəaliyyətlərinin koordinasiyası məqsədilə Yaxın Şərq və Şimali Afrika bölgəsində milli gənclər şuralarının qurulmasını DƏ-İKGF-yə həvalə edib.



Yerləşdirilib:20 Noyabr, 2012  16:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com