İslami Radio və Televiziyalar İttifaqı İsrailin Qəzzəyə təcavüzü ilə bağlı bəyanat verib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, adıçəkilən ittifaq İsrail rejiminin Qəzzəyə olan təcavüzlərini pisləmiş və müsəlman xalqlarının bu təcavüzlər qarşısında qətiyyətlə müqavimət göstərməsini tələb edib.
Bəyanatda deyilir: "İmperialist qərb dövlətlərinin yenidən məzlum Fələstin xalqına qarşı təcavüzləri qüvvəyə minir və nəticədə əlsiz-ayaqsız qocalar, qadınlar və körpələr qanlarına qəltan olurlar. Bu təcavüzün məqsədi sionist rejimin təməllərinin musəlman ölkələri arasında möhkəmləndirilməsidir. Buna görə, İslami Radio və Televiziyalar İttifaqı bu təcavüzün dünyaya çatdırılmasını özünə borc və vəzifə bilir, birliyin bütün üzvlərini eyni addımı atmağa çağırır. Birlik aidiyyati orqanlardan tələb edir ki, işğal olunmuş torpaqlar azad olunmalı, məzlum Fələstin köçkünlərinin doğma torpaqlarına qaytarılması prosesi tezliklə bərpa olunmalı, referendum yolu ilə hökumət seçilərək, suveren Fələstin dövləti yaradılmalıdır".