Atatürk Universitetinin Ədəbiyyat Fakültəsi Sənət tarixi şöbəsinin müdiri professor Hüseyn Yurddaşın başçılığı altında Erzincanın Kemah bölgəsində aparılan qazıntılar zamanı 600 il əvvəl yazılmış Qurani-Kərim əlyazmaları aşkarlanıb.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Kemah qalasında qazıntı aparan heyət 2 metr dərinlikdə basdırılmış boxçanın içində XV-XVI əsrə aid Qurani-Kərim əlzamaları tapıb.
Ötən il qazıntılara başladıqlarını söyləyən H.Yurddaş bu müddətdə çox sayda əlyazma tapdıqlarını, ancaq pis şəraitdə saxlandıqları üçün çoxunun kifləndiyini, oxunmaz hala düşdüyünü bildirib.
O deyib: "Mütəxəssislərlə birgə əsərləri araşdırırıq. Qurani-Kərim əlyazmalarından biri 37 vərəqdən ibarətdir. Əlyazma nüsxələrinin hamısı naqisdir. Son hissələrdə tarix və xəttat adı olmalıdır, ancaq vərəqlər korlandığı üçün bunları təsbit edə bilmədik. Həqiqətən, sənət baxımından son dərəcə əhəmiyyətli əsərlərdir. Böyük ehtimalla XX əsrdə oraya basdırılıb”.