Məhərrəm ayının başlanması ilə əlaqədar Romada matəm mərasimi keçirilib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, mərasimdə İranın İtaliyadakı səfiri, Roma və Vatikandakı diplomatik korpus nümayəndələri, həmçinin, burada yaşayan iranlılar iştirak ediblər. Tədbir höcət ül-islam vəl müslimin Əli Nəhavəndinin Quran oxuması ilə başlayıb.
O, İran İslam İnqilabının Ali lideri Seyid Əli Xameneinin müraciətini səsləndirib.