İsrailin Qəzzəyə hücümları başlayandan indiyədək həlak olanların sayı 19-a çatıb. Yaralanların sayı isə 200-ü keçib.
İslam.az xəbər verir ki, İsrail Hərbi Dəniz Donanması bu gün HƏMAS-ın hökumət binasını raket atəşinə tutub. "Əl-Cəzirə" telekanalının yaydığı məlumata əsasən, İsrail rejimi quru qoşunlarını Qəzzə sərhədlərində yerləşdirib.
"İzzəddin Qassam" briqadası İsrail kəşfiyyat təyyarələrindən birini vurduğunu bildirib.