Fələstin Müqavimət Hərəkatı tərəfindən “Fəcr” raketləri ilə endirilən zərbələr İsrailə qarşı tarixi müharibədə yeni səhifə açıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə video-konfrans zamanı Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah bildirib. Onun sözlərinə görə, bu mərhələ, Qəzzə zolağında hərbi əməliyyatlardan regional müharibə dövrünə qədəm qoyub. Fələstin müqavimət hərəkatının “Fəcr” raketlərindən istifadə etməsi rəsmi Təl-Əviv üçün gözlənilməz olub.
İsrailin Qəzza zolağına hücumlarını sərt şəkildə pisləyən Seyid Həsən Nəsrullah, İslam dünyası və ərəb ölkələrini bölgə əhalisinə yardım olmağa çağırıb.
İsrail hökumətinin zərbə endirmək üçün bəhanəyə ehtiyac duymadığını vurğulan “Hizbullah” lideri, sionistlərin dolayısı yolla müqavimət hərəkatının qüdrətini etiraf etdiklərini bildirib.
Xatırladaq ki, İran istehsalı olan “Fəcr-5” raketləri böyük təsir radiusuna malikdirlər.