Azərbaycan prezidenti İlham Əliyev Roma Papası XVI Benedikti tacqoyma günü münasibətilə təbrik edib. Bu barədə məlumatı AzərTac yayıb.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, XVI Benedikti öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlət başçısı Azərbaycanla Vatikan arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. "Sizə möhkəm cansağlığı və şərəfli missiyanızda müvəffəqiyyətlər arzulayıram" – deyə məktubda qeyd olunur.