"Azərbaycanda dini zəmində münaqişəli ziddiyyətlər yoxdur".
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov Bakıda keçirilən "Din və etiqad azadlığı: Hüquqi, siyasi və ictimai aspektlər" mövzusunda konfransda bildirib.
Onun fikrincə, burada əsas amil vətəndaşlıq və siyasi millətçiliyin formalaşmasıdır. Ölkədə dini zəmində təhdidlərə qarşı vaxtında tədbirlər görülməlidir. Bu sahədə elmi konfransların keçirilməsinin xüsusi əhəmiyyəti var. Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Azərbaycanda dini azlıqlara yer verməklə, onlara hüquqi təminat verilir.
“Din və dövlət quruculuğu: Vətəndaş millətçiliyinin inkişafında milli və dini identiklik konteksti” mövzusunda çıxış edən SAM rəhbəri deyib ki, bu sahədə tədqiqat və araşdırmalar davam etdiriləcək.