Azərbaycanda dini məktəblər hökmən yaradılmalıdır.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva bildirib.
O, orta məktəblərə hicablı şəkildə getməyin normal olmadığını deyib: "Hicab taxmaq istəyənlər dini məktəblərə getməlidirlər. Valideynlər uşaqlara hicabın geyindirilməsini vacib hesab edirsə, onda övladlarını dini məktəblərə aparsınlar. Dini məktəblər hökmən olmalıdır. Bu məktəblər yaradılana qədər onların hüquqları var ki, uşaqlarını belə geyindirib o yöndə tərbiyə etsinlər. Dini məktəblər sivil məktəblərdən ayrılmalıdır. Kim istəsə övladını dini, kim istəsə o biri məktəblərə qoya bilər”.