İmam Əli (ə), ibni Mülcəm (l) tərəfindən zərbətlənərkən oğlu Həsən və Hüseynə xitabən buyurdu: "Sizə ilahi təqvanı tövsiyə edirəm. (Və tövsiyə edirəm ki,) dünya (malını) axtarmayın, hətta dünya sizin arxanızca gəlsə də.
Əlinizdən gedən dünya malına əsla təəssüflənməyin. Haqq danışın, əcir və savab almaq üçün əməl edin, zalıma qarşı düşmən, məzlumlara isə kömək (arxa) olun".
("Nəhcül-bəlağə", 47-ci məktub).