Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda dini sahədə vəziyyətin öyrənilməsi məqsədilə növbəti illərdə də sorğuların keçirilməsini davam etdirəcək.
İslam.az-ın xəbərinə görə, bunu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda aparılmış sosioloji sorğunun nəticələrinə həsr olunmuş tədbirdə bildirilib.
O deyib ki, bəzi xarici təşkilatlar Azərbaycanda dini vəziyyətlə bağlı sorğular keçirsələr də, onlarda çoxlu qüsurlar olub. Bəzən isə o sorğunun nəticələrindən siyasi maraqlar üçün istifadə edilib. Hazırda din-dövlət münasibətləri çox aktual məsələdir, lakin burada universal formul yoxdur: "Din cəmiyyəti birləşdirən amıldır. Din Azərbaycanın tarixində, bayrağında və dövlətçiliyində əks olunub. Biz çalışırıq ki, Azərbaycanda dini əqidə azadlığına nail olaq. Bərinə görə, bununla belə dinlə bağlı bəzən xoşagəlməz hadisələr də yaşanır.