Dini maarifllənmə sahəsində media aktiv olmalıdır.
İslam.az-ın xəbərinə görə, bunu "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda aparılmış sosioloji sorğunun təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
O bildirib ki, dini icmaların bu sahədə əhəmiyyəti böyükdür. Dini biliklərə cəmiyyətimiz üçün böyük ehtiyyac var. Bunun üçün sağlam dini maariflənmə işində səylərimizi gücləndirməliyik.