Prezident Abdulla Gül Suriyanın Türkiyəyə qarşı kimyəvi silah istifadə etmə ehtimalı barədə Suriyaya xəbərdarlıq göndərib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, o, “Financial Times”a müsahibəsində deyib: “Buna NATO-nun təmin edəcəyi "Patriot" raketləri ilə cavab verə bilərik. Suriyanın kimyəvi silahları olduğunu hamı bilir. Buna görə hücuma təşəbbüs ehtimalına qarşı plan hazırlanır. NATO hazırda bununla məşğuldur”.
A.Gül Türkiyə ərazisinə düşən mərmilərin qəsdən atıldığına inanmadığını bildirib: “Təbii ki, bu cür hadisələri müsbət qarşılaya bilmərik və lazımi reaksiyanı göstərəcəyik".
O, Türkiyəyə sığınan suriyalı qaçqınların sayının artmasının ölkənin təhlükəsizliyi üçün riskli olduğunu vurğulayıb.