"Azərbaycanda dini məsələlərin siyasiləşdirilməsi bizi narahat edir. Çünki bir çox hallarda bunlar şişirdilir. Lakin həqiqətlə bunlar uyğun deyil. Ümumiyyətlə, nəticələri siyasiləşdirmık olmaz".
İslam.az-ın xəbərinə görə, bunu Strateji Araşdırmalar Mərkəzinin "Azərbaycanda İslam: mövcud reallıqlar və ictimai rəy” mövzusunda apardığı sosioloji sorğunun təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
O, həmçinin Azərbaycanda dini ədəbiyyatların yayılmasına münasibət bildirib. Onun sözlərinə görə, ölkədə dini ədəbiyyatların 90 faizi xarici ədəbiyyatdır. Bunun üçün bu sahədə fəaliyyəti gücləndirmək üçün böyük işlərə ehtiyyac var.
Komitə sədri vurğulayıb: "Yəni biz öz alimlərimizin, ilahiyyatçılarımın işlərindən istifadə etməliyik. Dövlət Komitəsi oaraq biz bnlara dəstək veririk və bundan sonra da dəstək verəcəyik. Yəni ədəbiyyatın çapına, bu sahədə görülən işlərə kömək göstərməyə hazırıq".