Rusiya Federasiyasında yaşayan bir qrup azərbaycanlı mömin Həcc ziyarətindən qayıdıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Moskvanın Vnukovo hava limanında onlar böyük sevinclə qarşılanıblar.
Müqəddəs ziyarətdən qayıdanlar agentliyin Moskva müxbirinə müsahibələrində Həcc ziyarətinin mahiyyətindən, bu müqəddəs missiyanın incəliklərindən və təəssüratlarından danışıblar.
Qarşılanma mərasimindən sonra möminlərin şərəfinə Rusiya paytaxtındakı restoranlardan birində ziyafət təşkil olunub.