İran əvvəllər də ABŞ ilə bilavasitə tematik danışıqlar aparıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə İnsan Hüquqları və Mədəniyyət üzrə II Beynəlxalq Konfrans zamanı İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
O deyib ki, hazırda “altılıq”la nüvə danışıqları çərçivəsində İran və ABŞ arasında bilavasitə danışıqlar aparılır. Tematik danışıqlar ikitərəfli danışıqlardan fərqlidir. Bütün ikitərəfli danışıqlar, həmçinin siyasi məsələlər üzrə danışıqlar İran İslam İnqilabı Ali lideri Seyid Əli Xamenei tərəfindən sanksiyalaşdırılır.
Ə.Ə.Salehi söyləyib ki, yaxın zamanlarda İran və “altılıq”ın əsas vasitəçiləri olan Seyid Cəlili və Ketrin Eştonun əlaqələri zamanı nüvə danışıqlarının növbəti mərhələsinin yeri və tarixi müəyyənləşdiriləcək.