Türkiyə Böyük Millət Məclisinin iclası zamanı yenidən dava düşüb. İclas yüksək gərginlikli ab-havada keçirilib.
İslam.az-ın "Dəyərlər"ə istinadla verdiyi xəbərə görə, Milliyyətçi Hərəkat Partiyasının deputatı Silan Oğan Ədalət və İnkişaf Partiyasından olan deputat Muhiyettin Aksak ilə dalaşıb. Tribunaya çıxış etmək üçün yaxınlaşan Sinan Oğan vitse-spiker Sadıq Yakutun yanından keçən zaman ona söz ataraq deyib: “Siz baş nazirdən bu qədərmi qorxursunuz? Siz baş nazirdən Allahdan daha çox qorxursunuz. Baxın, siz kimə oxşayırsız, özünüzə gəlin. Ərdoğandan qorxu sizi Allahdan qorxudan uzaqlaşdırıb”.
MHP vəkilinin belə bir çıxışı AKP deputatının narazılığına səbəb olub. Aksak yerindən qalxıb və öz yerindən Oğana tənqidlərini bildirib. Belə olan halda MHP deputatı hakim partiyanın deputatının üzərinə gedib və ona yumruq atıb. Bundan sonra hər iki partiyanın deputatları arasında qarşıdurma yaşanıb. TBMM-nin vitse-spikeri belə olan halda fasilə elan edib.