Dağıstanın paytaxtı Mahaçqalada din xadimlərinə qarşı növbəti hücum olub.
İslam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, Levaşinsk rayonunda məscidin imamı naməlum şəxslər tərəfindən güllələnib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Hacı Əliyev adlı imam öz evinin həyətində hücuma məruz qalıb və hadisə yerindəcə ölüb.