Türkiyənin Şırnak vilayətində Quran kurslarının təşkil edildiyi bina PKK terrorçularının hücumuna məruz qalıb.
İslam.az-ın “Cihan”a istinadla verdiyi xəbərə görə, terrorçular binanı “molotov kokteyli” ataraq yandırıb. Bina yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.