Noyabrın 8-9-da İndoneziyada keçirilən V Beynəlxalq Demokratiya Forumu çərçivəsində İran prezidenti Mahmud Əhmədinejadla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında baş tutan planlaşdırılmamış təkbətək görüşün bəzi detalları məlum olub.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Ərdoğan Suriyadakı qırğınlardan, dramlardan nümunələr gətirərək İrana ciddi xəbərdarlıq edib: “Siz bu faciəni, qırğını sakitcə müşahidə edəcəksiniz? Bu faciəyə artıq laqeyd qala bilməzsiniz. Sizdən konkret addımlar gözləyirik. Artıq Suriyadakı Bəşər Əsəd rejiminə dəstəyinizi geri çəkməlisiniz”.
M. Əhmədinejad da öz növbəsində “Bəli, sözlərinizdə həqiqət var. Suriyada baş verənlərə görə biz də çox kədərlənirik. Baş verən prosesləri dəyərləndiririk”, - deyə cavab verib.