Türkiyədə müxalifət partiyası MHP yeni konstitusiyanın qanunvericilik hissəsinə dair yeni təklifini təqdim edib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, MHP deputatların Qurana əl basaraq, “Böyük türk milləti hüzurunda, demokratik və dünyəvi respublikaya və Atatürk qanun və prinsiplərinə bağlı qalacağıma, konstitusiyaya sadiq olacağıma namusum və şərəfim üzərinə and içirəm" deyərək and içməsini təklif edib. Ancaq bu təklif komissiyada dəstəklənməyib.
AKP nümayəndələri "Müqəddəs kitaba əl basaraq and içmək xristianların ənənəsidir. Bizdə belə bir ənənə yoxdur. Həmçinin inancı olmayanlar nəyə əl basaraq and içəcək” deyərək MHP-nin təklifinə qarşı çıxıb.