İmam Sadiq (ə) buyurur: "Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn ibn Əli (ə) yazdı: Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə xəbər ver.
Həzrət cavabında yazdı: "Bismillahir-rəhmanir-rəhim. Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər. Vəssalam".
("Biharul-ənvar" /71/208).