Noyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası (QMİ) Məhərrəmlik ayı ilə bağlı fətva verəcək.
İslam.az-ın AzNews.az-a istinadla verdiyi xəbərə görə, bu barədə QMİnin Fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə məlumat verib.
QMİ-nin şöbə müdiri bildirib ki, fitvaya əsasən, Məhərrəm ayı noyabrın 16-da başlayır. Aşura günü isə noyabrın 25-də olacaq.
Onun fikrincə, Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunmalıdır: “Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır”.
Qeyd edək ki, Məhərrəm ayı Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn və tərəfdaşları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.