Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa İttifaqına (Aİ) “Türkiyə qatarını qaçırmayın” deyə xəbərdarlıq verib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Brüsseldə "Aİ-Türkiyə əlaqələri: Ərəb Baharından sonra yeni çətinliklər" mövzusunda keçirilən iclasda çıxış edən Ə.Davudoğlu deyib: "Ötən əsrin 90-cu illərində Türkiyə Aİ qatarını qaçırdı. Bu gün isə Aİ Türkiyə qatarını qaçırır. Türkiyənin Aİ üzv seçilməsi hər zamankından daha vacibdir”.
Çıxışında Yaxın Şərqdə yaşanan “Ərəb Baharı”na da toxunan XİN başçısı ərəb xalqlarının tələblərini dəstəkləyəcəklərini bildirib: “Qan axıdılmaması üçün hər cür üsulu sınayacağıq. Aİ və Türkiyə Yaxın Şərqdəki dəyişmə prosesinə dəstək verməlidir”.