“Qardaş ölkələr Azərbaycan və İran arasında münasibətlərin gələcək inkişafı olduqca vacibdir".
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Mohsen Pakayin ilə görüşdə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, iki ölkənin qədim tarixi və mədəni münasibətləri mövcuddur.
QMİ rəhbəri deyib ki, İran ictimai və dini xadimləri Bakıda keçirilən dini konfraslara dəvət olunur.
M.Pakayin İran və Azərbaycanın dini mərkəzləri, o cümlədən teoloqları və alimləri arasındakı əməkdaşlıqdan məmnun olduğunu söyləyib: "Hər iki ölkənin xalqları ümumi tarixi və dini köklərə malikdirlər. Heç nə Bakı və Tehran arasındakı dostluq münasibətlərini zəiflədə bilməz".