Bu gün kral Əbdüləzizin Ciddəki Universitetində “Quran ayələri və şəkil” beynəlxalq foto müsabiqəsinin qaliblərinin əl işlərinin sərgisi açılacaq.
Səudiyyə Ərəbistanının Quran Channel telekanalı tərəfindən elan olunan və mayda keçirilən beynlxalq müsabiqəyə bütün dünyadan 400 fotoqraf qatılıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, universitetin fotoklubunun lideri və müsabiqənin texniki direktoru Abdulla Vahattabın fikrincə, müsabiqənin təşkili universitet üçün böyük uğur olub. Qaliblərin şəkillərinin sərgisi universitetdə 10 gün ərzində fəaliyyət göstərəcək.
A.Vahattab söyləyib ki, ayələrə daha uğurlu foto illustrasiya təklif etmək üçün müsabiqə iştirakçılarının Quranı dərindən dərk etmələri lazımdır. Müsabiqə iştirakçılarına Quranın üç ayəsinin daha tam əks olunması üçün şəkillər seçmək tapşırığı verilib.