Gürcüstanın sabiq daxili işlər naziri və xidmətin həbsxana departamentinin sabiq rəisi Baço Axalaya noyabrın 6-da Prokurorluqda sorğulandıqdan sonra həbs olunub.
İslam.az Gün.Az-a istinadən xəbər verir ki, saxlanılanın vəkilinin sözlərinə görə, sabiq nazirə qarşı vəzifə səlahiyyətlərini aşmaq üzrə ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, Axalayanın sorğusu Gürcüstanın Baş Prokurorluq binasında aparılıb. Saxlanıldıqdan sonra keçmiş nazirin hara aparıldığı məlum deyil.
Onun həbsinə Gürcüstanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşlarından Prokurorluğa daxil olan şikayətlər səbəb olub.