Yenidən ABŞ prezidenti seçilən Barak Obamanın İslam dünyası ilə münasibətləri müzakirə mövzusuna çevrilib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, ABŞ mətbuatı B.Obamanın hafiz məsləhətçisi Reşad Hüseyini İslam Konfransı Təşkilatına xüsusi nümayəndə təyin etməsini və sabiq prezident Corc Buşun Amerikaya girişini qadağan etdiyi professor Tarık Ramazana qoyulan qadağanı ləğv etməsini kəskin şəkildə tənqid atəşinə tutub.
“New York Times” qəzeti “Ağ ev Amerikadakı müsəlmanların gözünə girməyə çalışır” başlıqlı yazısında Barak Obamanın ABŞ-dakı müsəlmanlarla münasibətini tənqid edir.