Moskvanın Tver məhkəməsinin “Müsəlmanların məsumluğu” filmini ekstremist xarakterli olmasının təsdiqi barədə qərarı qüvvəyə minib.
Verilmiş qərara etiraz olunması üçün qanun tərəfindən nəzərdə tutulan müddət başa çatıb. O, iştirakçılar tərəfindən etiraza səbəb olmayıb, bununla da qanuni qüvvəyə minib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmənin mətbuat katibi Aleksandr Berezina məlumat verib.
O bildirib ki, tərəflər poçt vasitəsi ilə qərara etirazlarını bildirə bilərdilər. Əgər bu qanunla nəzərdə tutulan müddət ərzində baş versə idi, sənədə Apelyasiya Məhkəməsi tərəfindən baxılacaqdı. Qanun qüvvəyə mindikdən sonra “Müsəlmanların məsumluğu” filmi ekstremist materiallar siyahisinə daxil ediləcək.