ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətləri dəyişməz qalacaq.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlarda keçirilən seçkilərin gedişini online izləmək üçün şərait yaradılmış Azərbaycan Diplomatik Akademiyasının yeni kampusunda ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar deyib.
O, Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən bildirib: "Düşünürəm ki, Barak Obamanın növbəti dörd il müddətinə prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq. Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik. Azərbaycan ABŞ üçün mühüm ölkə olaraq qalacaq".
Xatırladaq ki, son yekun nəticələrdən asılı olmayaraq, ABŞ-da noyabrın 6-da keçirilən prezident seçkilərində hazırki dövlət başçısı Barak Obamanın ikinci müddətə bu ölkənin prezidenti seçildiyi dəqiqləşir.