Suriya ordusunu tərk edən 7 general Türkiyəyə sığınıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, generallar sənədləşmə işlərindən sonra suriyalı hərbiçilərin saxlanıldığı Hataydakı Apaydın düşərgəsinə göndəriliblər.
Suriyadakı qarşıdurmalarda yaralanan daha 22 suriyalı müalicə üçün Hataya gətirilib. Yaralılardan 1-i dünyasını dəyişib.