İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu Myanmada müsəlmanların qətlə yetirilməsi məsələsinin BMT Baş Assambleyasında müzakirə edilməsi üçün Pan Gi Muna müraciət edib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, BMT baş katibinə ünvanlanmış məktubda Myanmada yaşayan müsəlman-rosinclərin kütləvi şəkildə qətlə yetirildiyi, evlərinin yandırıldığı və mülklərinin zorla əllərindən alındığı vurğulanıb.
E.İhsanoğlu Myanma müsəlmanlarının qətlə yetirilməsini sübuta yetirən təkzibolunmaz faktların olduğunu bəyan edib, zorakılığın qazrşısının alınması üçün BMT Baş Assambleyasınının təcili tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, oktyabrda buddistlərin müsəllman əhaliyə qarşı həyata keçirdikləri hücumlar nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan ev-eşiksiz qalıb.