Kanada İranın bu ölkədəki bütün mal varlığını dondurub.
İslam.az-ın APA-ya istinadən məlumatına görə, qərar Ontario məhkəməsi tərəfindən çıxarılıb. Qərara əsasən, İranın Kanadada mülkiyyəti sayılan səfirliyinin binasına, diplomatlarının yaşadıqları evlərə və onlara məxsus bank hesablarına qadağa qoyub.
Qeyd edək ki, Kanada bu il sentyabrın 7-də İranla diplomatik münasibətlərini dondurub. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatları Ottavadan çıxarıb. Hazırda Kanadanın İrandakı mənafeyini İtaliya qoruyur.