Səudiyyə Ərəbistanın daxili işlər naziri dəyişdirilib. İlkin məlumatlarda Səudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Əhməd bin Əbdüləzizin öz istəyi ilə istefaya getdiyi bildirilir.
İslam.az-ın "Dəyərlər"ə istinadla verdiyi xəbərə görə, yeni daxili işlər naziri vəzifəsinə şahzadə Məhəmməd bin Naif gətirilib. Ötən aylarda keçmiş DİN rəhbərinin müavini olan yeni daxili işlər naziri Məhəmməd bin Naifə qarşı öz ofisində sui-qəsd təşkil edilmişdi. Onun yeni nazir olacağı öncədən ehtimal edilirdi.
Qeyd edək ki, bəzi mənbələr Səudiyyə kralı Abdullanın bu il Həcc ziyarətinin təşkilindən narazı qaldığı, gözləniləndən daha az mənfəət götürülməsində Daxili İşlər Nazirliyini təqsirli bildiyini qeyd edir. Elə buna görə də daxili işlər nazirinin istefaya göndərildiyi ehtimal olunur.