Bu gün ABŞ-da prezident seçkiləri keçiriləcək. Nəticələrin necə olacağı hələ də qeyri-müəyyən olaraq qalır. ABŞ əhalisinin böyük hissəsi Barak Obamanın yenidən prezident seçiləcəyini düşünür.
İslam.az-ın "Vesti"yə istinadən verdiyi xəbərə görə, ölkə başçısından əlavə, bu gün həmçinin, ABŞ Konqresinin Nümayəndələr Palatası tam heyətinin və senatorların üçdə bir hissəsinin seçkiləri keçiriləcək. Eyni zamanda, bu gün ABŞ-ın 11 ştat və 2 ərazisində qurbernator seçkisi baş tutacaq.
Bazar günü sorğuda iştirak etmiş 7 min respondentin 50 faizi hazırki prezidentə, 47 faizi Mitt Romniyə üstünlük verib. Bununla belə, rəyi soruşulmuş əhalinin 35 faizi Mitt Romninin, 55 faizi isə Barak Obamanın qalib gələcəyini düşünür.
Seçicilərin fikirlərini əsaslandırmasında iqtisadiyyat mühüm rol oynayır. Belə ki, sorğu iştiorakçılarının 48 faizi Mitt Romninin, 47 faizi isə Obamanın iqtisadi çətinliklərin öhdəsindən gələ biləcəyi qənaətindədir.
“Reuters” agentliyi və “İspos” şirkətinin keçirdiyi digər sorğuda da Barak Obama liderlik edir. Belə ki, sorğuda iştirak etmiş 4725 respondentin 48 faizi hazırki prezidenti, 46 faizi isə onun rəqibini dəstəklədiyini bildirib.