Türkiyə, hərb səneyisinin ən böyük şirkətlərindən olan TÜBİTAK tərəfindən yalnız dünyanın üç ölkəsinin sahib olduğu, təyyarədən atılan aviabombaların hədəfi özünün tapması üçün bombaya yerləşdirilmiş sistemi düzəldərək dünyada "ağıllı bombaya" sahib olan dördüncü ölkə oldu.
İslam.az-ın verdiyi xəbərə görə, bu günlərdə TÜBİTAK-ın həmin sistemi təkmilləşdirərək türk silahlı qüvvələrinə təslim etdiyi bildirilir.
Elm, Sənaye və Texnologiya naziri Nihat Ergün mətbuata verdiyi açıqlamasında "Bu sistemlə təchiz olunmuş bombaların 2013-cü ildə kütləvi istehsalına başlacayağıq. Bu istiqamətə bütün işlər görülüb və silahlı qüvvələrimizi bundasn sonra milli hərb sənayemizin istehsalı olan məhsullarla təmin etməyə çalışacağıq", deyib.
Verilən məlumata görə, bu tipli bombaların hədəfi vurma dəqiqliyi sadəcə 6 metrdir.