Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı (SNHR), dünən hərbi təyyarələrin bombardmanı nəticəsində Suriyanın İdlib şəhərində 56 nəfərin həlak olduğunu, onlarla insanın isə yaralandığını bildirib.
Bu barədə islam.az APA-ya istinadən məlumat verir.
Təşkilat gün ərzində Deyr-i Zorda 36, Dəməşqdə 30, Hələpdə 23, Humsda 13, Deraada 6 və Hama şəhərində 1 nəfərin həlak olduğu barədə məlumat yayıb. Beləliklə, gün ərzində ölkədə baş vermiş silahlı qarşıdurmada 165 nəfər həlak olub.