Pakistan və Türkiyə Dəniz Qüvvələri, birgə hərbi təlim keçirəcək.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Pakistan Dəniz Qüvvələrinin “PNS Shamsheer” adlı gəmisi, Mərmərə dənizindəki Aksaz dəniz bazasında və Antalya limanında keçiriləcək “Mavi Balina-12” hərbi təliminə Türkiyə Dəniz Qüvvələri ilə birlikdə qatılacaq.
Pakistan Dəniz qüvvələrinə aid “P3C-Orion” hərbi təyyarəsi isə Dalamanda keçriləcək təlimdə iştirak edəcək.