Müqəddəs Qurban bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ünvanına dünyanın müxtəlif ölkələrindən təbriklər daxil olub.
QMİ-dən islam.az-a verilən məlumata görə, İslam Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Mərkəzinin Ali Şurasının sədri, İran İslam Respublikası Ali Dini Rəhbərinin müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri, mərkəzin Baş katibi Möhsin əl-Ərani, Baş katibin müavini Məhəmməd Həsən Təbərian, İmam Xoyu Xeyriyyə Təşkilatının Baş katibi Əbdüssahib əl-Xoyu, İslam Fiqhi Beynəlxalq Təşkilatının Baş katibi Əbul-Qasim əq-Dibaçi, Tatarıstanın Müftisi Uldus Fayzov, Kabardin-Balkar Respublikasının Müftisi Həzrətəli Zasecev, Rusiyanın Şimal-Qərb Regionu və Sankt-Peterburq üzrə Müftisi Cəfər Həzrət Ponçayev Qurban bayramı münasibəti ilə Allahşükür Paşazadəyə təbrik məktubu göndəriblər. Onlar ən xoş arzularını Azərbaycan xalqına çatdırmağı Şeyxülislamdan xahiş ediblər.
İran Azərbaycandakı səfiri Möhsün Pak Ayin, Səudiyyə Ərəbistanı Krallığının səfiri Fəhd bin Əli əd-Dusəri, İordaniyanın Azərbaycandakı səfiri Adil Ədayilə, Misirin səfiri Tariq Əbu Sinnə də şeyxülislamı bayram münasibəti ilə təbrik ediblər.